Yuxarı

Blok üzrə imtihan heç bir ölkədə yoxdur: ləğv edilməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Blok üzrə imtihan heç bir ölkədə yoxdur: ləğv edilməlidir

Buraxılış imtahanlarından fərqli olaraq, qəbul imtahanlarında sualların hansı səviyyədə salınması ilə bağlı Dövlət İmtahan Mərkəzinə irad bildirə bilmirik. Çünki buraxılış imtahanı şagirdlərin real bilik və bacarıq səviyyəsinə əsaslanmalıdır. Blok imtahanı isə qəbul imtahanı hesab olunduğu üçün suallar asan və ya çətin qoyula bilər.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov qəbul imtahanında sualların çətin olması ilə bağlı şərh verərkən deyib.

“Belə bir anlayış var ki, bilirsənsə asan, bilmirsənsə çətindir. Şagirdlər də bilib yazdıqlarını asan, yaza bilmədiklərini isə çətin hesab edirlər. Təbii ki, belə halda DİM də öz mövqeyini müdafiə edir.

Ancaq qəbul imtahanlarında ciddi boşluq var. Düşünürəm ki, qəbul imtahanı ixtisaslar üzrə imtahanlarla əvəz olunmalıdır. Ölkədə hazırda 150-yə yaxın ixtisas var və 150 ixtisas üzrə də imtahanlar keçirilməlidir. Blok üzrə imtahanlar dünyanın heç bir ölkəsində yoxdur. Qəbul imtahanlarının keçirilməsi Azərbaycan gəncinin arzuladığı ixtisas üzrə ali məktəbə qəbul olmaq şansını məhdudlaşdırır”, - ekspert qeyd edib.

Qeyd edək ki, qəbul imtahanında iştirak etmiş şəxslər sualların mürəkkəb və dərsliklərə uyğun olmadığını bildiriblər.

Məsələ ilə bağlı DİM isə açıqlamasında bildirib ki, qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Qəbul proqramı hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanıb.

Tarix
2025.05.28 / 09:45
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla