Yuxarı

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

Bu mövzu bizi çoxdan maraqlandırır. Mən Baş nazir Paşinyanla hələ çox əvvəl – Ermənistanın sazişin şərtlərini qəbul etdiyi vaxtdan danışmışam. Həmçinin fürsətim olub Azərbaycan hakimiyyəti ilə də bu barədə danışam – onlara bildirmişəm ki, biz bu məsələ ilə bağlı irəliləmək istəyirik, siz də maraqlısınız ki, aydınlıq və sabitlik olsun və Ermənistan bu istiqamətdə olduqca vacib bir addım atıb.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Şurasının Baş katibi Alen Berse Avropa Birliyinin Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanması prosesinə dair "Birinci kanal"a verdiyi müsahibəsində danışıb.

“Avropa Şurası bu qərarın reallaşmasını necə təmin edə bilər?” sualına cavab olaraq Berse bildirib ki, bu məsələ onların diqqətindədir:

“Düşünürəm ki, Avropa Şurası bu mövzularda dialoq platforması təklif etməklə də rol oynayır. Məsələn, az öncə Türkiyədə idim, burada da bu məsələ, Ermənistanın qonşusu olaraq, gündəmdə idi. Türkiyədə də sülh sazişinin tez bir zamanda imzalanmasının vacibliyindən danışdım.

Risklərdən biri odur ki, bu müzakirə Cənubi Qafqazda çox vacib olsa da, dünyada bir qədər unudula bilər. Bizim məqsədimiz bu məsələnin əhəmiyyətini xatırlatmaq, müzakirələri davam etdirmək və nəhayət, bir son nöqtəyə çatmaqdır – əgər belə demək mümkündürsə, Azərbaycana dostcasına təzyiq göstərməklə”.

O qeyd edib ki, proses yavaş getsə də, irəliləyiş var.

“Son aylarda kifayət qədər irəliləyiş əldə olunub. Hazırkı problemimiz prosesin çox yavaş getməsidir, lakin hər halda irəliləyiş var. Əgər hər şey tamamilə dayansaydı, bu məni narahat edərdi. Yəni bu hərəkəti saxlamaq lazımdır ki, hər şey imzalanmaya doğru getsin – ümid edirəm, bu mümkün qədər tez baş verəcək”, – deyə Avropa Şurasının baş katibi bildirib.

Tarix
2025.06.12 / 11:22
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla