Yuxarı

Baş katib azərbaycanlı girovlardan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş katib azərbaycanlı girovlardan danışdı

Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının baş katibi T.Yaqlanda AŞPA-da Ş.Quliyev və D.Əsgərovla bağlı suallar ünvanlayıb.

Axar.az xəbər verir ki, AŞ baş katibi T.Yaqland AŞPA-da Liberal Qrupda millət vəkilləri qarşısında çıxıb edib və sualları cavablandırıb.

Millət vəkili Q.Paşayeva AŞ baş katibi qarşısında bir neçə ciddi məsələ qaldırıb və nədən bu məsələlərə lazımi diqqət ayrılmadığını soruşub:

"Siz millət vəkilləri qarşısında çıxınızda söylədiniz ki, insan haqlarını müfadiə etmək bizim vəzifəmizdir və Avropa İnsan Haqları Məhkəməsi qərarlarının yerinə yetirilməsi üzv ölkələr tərəfindən məcburidir. "Çıraqov və başqaları Ermənistana qarşı" adlı qərardan danışmaq istəyirəm. Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından məcburi köçkün düşən bir qrup azərbaycanlının müraciəti əsasında bir neçə ay əvvəl qərar çıxardı. Ermənistan hələ də heç bir addım atmayıb. Bu insanların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən prinspal mövqe gözləyə bilərikmi?

İkincisi, Ermənistanın qeyri-qanuni olaraq aylardır girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxması üçün AŞ-nın baş katibi olaraq hansı addımlar atacaqsınız?"

AŞ baş katibi Yaqlandın cavabı isə belə olub: "Sizin qaldırdığınız məsələləri anlayıram, ağır bir durumdur. Bu istiqamətdə çalışmağa davam edirəm. Təbii ki, qanun önündə hər kəs bərabər olmalıdır. Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarının yerinə yetirilməsi məsələsində qərarlıyıq".

Tarix
2016.06.21 / 17:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla