Yuxarı

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə dünyanı aldatmağa çalışdı, Ağ Ev sahibi bir neçə gün əvvəl söyləmişdi ki, İrana qarşı müharibəyə qoşulub-qoşulmayacağına iki həftə ərzində qərar verəcək. Buna baxmayaraq, beynəlxalq aləm Trampın iki həftə gözləməyəcəyindən şübhəli idi. Çünki Tramp müxtəlif mövzularda bir söz deyib, bir neçə gün sonra fərqli qərarlar verib. Bu dəfə də belə oldu.

Axar.az xəbər verir ki. Bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi haqda qeyd edib.

“İsraillə ABŞ İrana qarşı müharibə planını bir yerdə hazırlayıblar. İrandakı dairələr son ana qədər nüvə mövzusyla bağlı Vaşinqtonun danışıqlarda maraqlı olduğunu düşünürdülər. Halbuki artıq düyməyə basılmışdı. Xatırlayırsınızsa, ABŞ mətbuatı həftələr öncə belə bir xəbər yaymışdı ki, guya Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun arası dəyib və guya ABŞ prezidentinin ərəb dövlətlərinə səfəri və orada imzaladığı sazişlər Təl-Əvivdə neqativ qarşılanıb. Bu xəbərlər İrandakı dairələrin diqqətini yayındırmaq üçün yayılmışdı. İranda düşünməliydilər ki, əgər Trampla Netanyahunun arası dəyibsə, Təl-Əviv Vaşinqtonun icazəsi olmadan İrana zərbə endirməyəcək.

Bu, Vaşinqtonla Təl-Əvivin planının psixoloji hissəsi idi. Hazırlanan plana görə, İsrail birinci başlamalı, bir neçə gün sonra ABŞ qoşulmalı idi. Hazırda bu plan tam gücüylə həyata keçirilir və ABŞ yalnız nüvə mərkəzlərini bombalamaqla kifayətlənməyəcək”, - politoloq vurğulayıb.

E.Şahinoğlunun fikrincə, Tehran ABŞ-ın zərbələrinə nəsə cavab verməlidir, əks halda İranda qərar verənlərin imicinə növbəti ağır zərbə dəyəcək:

“Tehranın cavabı necə olacaq? İran ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına raket zərbəsi vurmaq istəyə bilər. ABŞ-ın Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqda böyüklü-kiçikli bir neçə hərbi bazası var. Bu sıraya Türkiyədəki İncirlik hərbi bazasını da daxil etmək lazımdır. Yəni İran faktiki ABŞ hərbi bazalarının əhatəsindədir. Əgər İran qonşu ölkələrdən hər hansı birindəki Amerika hərbi bazasına zərbə vurarsa, bu, İran üçün iki neqativ nəticəyə səbəb olacaq. Birincisi, ABŞ tam gücüylə İranı bombalamağa başlayacaq. İkincisi, İran həmin bazaların yerləşdiyi ölkələrlə münasibətləri zəiflədəcək ki, indiki məqamda bu, İranın durumunu daha da ağırlaşdıracaq.

Başqa bir addım kimi haqqında çox danışılan İranın Hörmüz körfəzini bağlaması ola bilər ki, bunun da İranın özünə ciddi mənfi nəticələri olacaq. Birincisi, İran dost adlandırdığı ölkələrə neft sata bilməcəyək. İran iqtisadiyyatı isə tamamən enerji resurslarının satışından asılıdır. İkincisi, Hörmüz boğazı qapadılarsa, İranla normal münasibətləri olan Körfəz ölkələrinin bir qismi də neft satışında çətnliklərlə üzləşəcəklər. Yəni İran ABŞ-a qarşı hansı cavab tədbirini reallaşdırmağa çalışarsa, bunun həm bölgə ölkələrinə, həm də İranın özü üçün indikindən ağır nəticələri olacaq”.

Tarix
2025.06.22 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla