Yuxarı

İsrail-İran savaşı bitdi: Kim nələr itirdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail-İran savaşı bitdi: Kim nələr itirdi?

İsrail İranla müharibəni 14 günə bitirəcəyini bildirmişdi. Müharibə 12 günə bitdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İran və İsrail arasında əldə edilən atəşkəs haqda qeyd edib.

“Müharibə iştirakçılarından hər biri qələbə qazandığını bildirir. İsrail və ABŞ hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-a layiqli cavab verdiyini iddia edir. Məncə, İsrail və ABŞ-ın raket zərbələrinə İranın cavabı adekvat olmadı. Doğrudur, İran raketləri İsrailin haqqında çox danışılan Dəmir Qübbə hava müdafiə sistemini yardı, şəhərlərə zərbələr dəydi. Ancaq İsrail nə qədər iranlı generalı və hərbçini öldürdü, İran nə qədərini? ABŞ İranın nüvə mərkəzlərinə dağıdıcı zərbələr vurdu, İran Qasım Süleymani olayında olduğu kimi, ABŞ-ı əvvəlcədən xəbərdar edərək boşaldılan hərbi bazasında raket atdı, onun da əksər hissəsi havada vuruldu. ABŞ Prezidenti Donald Trampın buna görə İrana minnətdar olması Tehranın aşağılanması anlamına gəlir. Buna baxmayaraq, İrandakı rejim müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq. Halbuki İran vətəndaşlarının beyinlərində sualların sayı artıb”, - o bildirib.

Politoloq vurğulayıb ki, İsrail Pandoranın qutusunu açıb:

“İsrail-İran müharibəsi heç zaman olmaz” hekayəsi qüvvəsini itirib. Müharibə bitdi, ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaqlar. Təl-Əviv və Vaşinqton İranın yenidən uranı zənginləşdirməsindən şübhələnərsə, qonşu ölkəyə yenidən zərbələr endirəcəklər.

İsrail üçün müharibənin bir günü yüz milyonlarla dollara başa gəlirdi. 12 günlük müharibənin hesabı bir neçə milyardı keçib. İsrail xərclərini bərpa edəcək, ABŞ da həmişəki kimi müttəfiqinə yardım əlini uzadacaq. Bəs İran itkilərini necə bərpa edəcək? - əsas sual budur. İrana bombalanan mərkəzləri bərpa etmək üçün heç bir ölkə, hətta tərəfdaşları olan Rusiya və Çin əvəzsiz pul verməyəcəklər. İran sanksiyalar altındadır. İranın yeganə alternativi satdığı neftin pulunu bərpaya yönəltməkdir. Ancaq bu halda İran vətəndaşlarının sosial problemlərinin həlli arxa plana keçəcək, bu isə insanların haqlı narazılığa səbəb olacaq. Onsuz da müharibəyə qədər də İran iqtisadiyyatı ağır günlərini yaşayırdı, indi isə bu ölkəyə daha çox maliyyə resursları tələb olunacaq”.

Tarix
2025.06.24 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla