Yuxarı

Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərindən aldığımız xəbər bizi dərindən sarsıtdı. Orada iki qardaş və əmioğlunun da daxil olduğu on bir nəfərə yaxın qohum-əqrəbası vəhşicəsinə döyülüb. Təəssüf ki, bu şəxslərdən iki qardaş və bir əmioğlu faciəli şəkildə qətlə yetirilib. Ən dəhşətlisi odur ki, bu insanlara işgəncələr ailə üzvlərinin gözü qarşısında verilib. Hətta ailə üzvlərinin özləri də fiziki işgəncələrə məruz qalıblar. Bu, heç bir halda bağışlanası hal deyil.

Bu fikirləri Axar.az-a açıqlamasında tarixçi alim, professor Boran Əziz bildirib.

Onun sözlərinə görə, baş verən hadisə təsadüfi deyil:

“İnsanı düşündürən əsas sual budur: əgər bu şəxslərin hər hansı bir qanunsuz hərəkətdə iştirakı ehtimal edilirdisə, niyə onlar sivil şəkildə saxlanılıb istintaqa cəlb olunmadı? Bu dərəcədə vəhşiliyə nə ehtiyac var idi?

Bu, Rusiyada xüsusi xidmət orqanlarının və OMON-un azərbaycanlılara qarşı yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsidir. Bu, ilk belə hadisə deyil və çox təəssüf ki, sonuncu da olmayacaq. Biz, ziyalılar olaraq bu vəhşiliyə qarşı etirazımızı bildiririk və həmvətənlərimizi diqqətli olmağa çağırırıq”.

Professor xatırladıb ki, qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli rus ədəbiyyatından tərcümələr edərək, Azərbaycan oxucusuna təqdim edir:

“O, Azərbaycan və Rusiya mədəniyyəti arasında körpü qurmağa xidmət edirdi. Belə bir şəxsin yaxınını Rusiyada qətlə yetirmək mədəni və əxlaqi dəyərlər fərqini nümayiş etdirir”.

B.Əziz əlavə edib ki, qətlə yetirilənlərin digər qardaşı Bakir uzun illər rus dili müəllimi işləyib:

“O, rus dilini və mədəniyyətini təbliğ edirdi. Belə bir insana qarşı bu cür zorakılıq başadüşülən deyil. O da hazırda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.

Alim vurğulayıb ki, dünyasını dəyişənlər bir vaxtlar Rusiya ordusunun dəstəyi ilə ermənilər tərəfindən işğal olunmuş torpaqlardan didərgin düşmüşdülər:

"İndi isə həmin torpaqlar şəhid və qazilərimiz, Ordumuz - Ali Baş Komandanın rəhbərliyi ilə - işğaldan azad olunub.

Biz həmçinin Azərbaycan hökumətinə, xüsusən XİN-ə verdiyi dərhal reaksiyaya görə təşəkkür edirik. Bu göstərdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan dövləti azərbaycanlıların arxasındadır”.

Tarix
2025.06.28 / 15:37
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

"Qiyamət günü radiosu"ndan şifrəli mesaj: Yeni müharibə...

Bəxtiyar paşa Azərbaycandan niyə getdi? - Təfərrüat

İranla razılaşdırıldı: Zəngəzur dəhlizi...

Kirill Kabanov Bakını işğalla təhdid etdi - Video

Zəngəzur mühüm hissələrdən biri olacaq - Prezident

ABŞ razılaşmalarına qarşı “plan”?.. - Səfirlər tələsdirir

Alyaska görüşü: Masada qəhrəman Ukrayna əsgəri olacaq

Zəngəzurla bağlı ikinci sənəd: Zəmanəti bu ölkə verir...

Ermənilərin Qarabağa qayıtması: İrəvandan açıqlama...

Ordumuz Pakistanda: Qalib hərbçiləri qarşılayın - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla