Yuxarı

19 yaşlı Abdullayevi güllələyən polis hardadır? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
19 yaşlı Abdullayevi güllələyən polis hardadır? - Video

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam təxminən 4 il əvvəl elə Rusiyada həmvətənimizə qarşı daha bir polis vəhşiliyini yada salıb.

Axar.az xəbər verir ki, 2021-cil il mayın 28-də Novosibirsk vilayətinin Moskovski rayonunda avtomobillə bağlı kiçik insident zamanı rus polisi əsassız yerə 19 yaşlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vəkil Abdullayevi başından güllələyib öldürmüşdü.

Abdullayevin ölümündən sonra Rusiya məhkəməsi həmin polis əməkdaşının 2 ay, yəni istintaq müddətində həbsi barədə qərar qəbul etdi. Lakin polisin həbsindən 4 gün sonra Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tələbi ilə o, azad edildi. Bastrıkinin tələbi həm qətl edilən gəncin ailəsinin, həm də Azərbaycan cəmiyyətinin etirazına baxmayaraq, polisin məsuliyyətdən yayınması ilə nəticələndi. Abdullayevi əsassız şəkildə güllələyən polis əməkdaşı hələ də məsuliyyətə cəlb edilməyib və məhkəmə qarşısına çıxarılmayıb.

Rusiya hakimiyyətinin 4 il əvvəlki addımı cinayət törətmiş polislərin necə “məsuliyyətə” cəlb olunduğuna nümunədir və Yekaterinburqda azərbaycanlıları qətl edən “omonçu”ların da cəzasız qalacağını deməyə əsas verir.

Tarix
2025.06.30 / 15:06
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla