Yuxarı

Qazaxıstan prezidenti Azərbaycana təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanın etibarlı dostu olan Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) yüksəksəviyyəli sədrliyinə, dialoqun, etimadın və tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də AQEM-in institusional inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib.

Axar.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Astanada AQEM-in qərargahının açılışında çıxışı zamanı deyib.

Qazaxıstan Prezidenti Asiyada AQEM-in bütün iştirakçılarının hamısına uğurlar arzulayıb.

“Biz həmişə əmin olmuşuq ki, yalnız əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dialoqun inkişafı davamlı sülhə, sabitliyə və rifaha nail olmağa imkan verə bilər. Müasir şəraitdə etimadın möhkəmləndirilməsi üzrə AQEM-in prinsipi hər zamankından daha aktualdır. Asiyanın təxminən 90 faizinin əhatə olunduğu və dünya əhalisinin yarıdan çoxunu təmsil edən AQEM beynəlxalq münasibətlər arxitekturasının inkişaf edən mühüm elementidir”, – deyə Tokayev qeyd edib.

Tarix
2025.07.02 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla