Yuxarı

Parlamentdə Xocalı müzakirələri başlayıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parlamentdə Xocalı müzakirələri başlayıb

Milli Məclisin parlamentin plenar iclasında 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasının 22-ci ildönümü qeyd edilib.

"Axar.az" xəbər verir ki, parlamentin plenar iclası Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki,1992-ci ilin fevralın 26-da Xocalı şəhərində baş verənlər təkcə azərbaycanlərlara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir: "Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğaldan azad ediləcək, Xocalı soyqırımının günahkarları isə layiqli cəzalarını alacaqlar".

Spiker bildirib ki, Milli Məclisin qərarına əsasən 26 fevral "Xocalı soyqırımı günü" kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra isə bu soyqrımın dünyada tanıdılması sahəsində böyük işlər görülüb. Onun sözlərinə görə, artıq bir neçə beynəlxalq təşkilat və dövlət tərəfindən Xocalı soyqırımı ilə bağlı mühüm sənədlər qəbul edilib.

Qeyd edək ki, plenar iclasda Azərbaycanda səfərdə olan Latviya parlamentinin Latviya-Azərbaycan dostluq qrupunun üzvləri də iştirak edir.

İclas davam edir.

Tarix
2014.02.25 / 12:20
Müəllif
Hüseyn
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla