Yuxarı

Kreml üçün qara gün: Dünya Rusiyaya qarşı birləşdi!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml üçün qara gün: Dünya Rusiyaya qarşı birləşdi!

“Ramstayn” formatında keçirilən, 52 dövlət və təşkilatın 29-cu görüşünün nəticəsi bu olkdu: Ukraynanı silahlandırma üzrə 50 günlük kampaniya. Yəqin ki, bu, Tramplin Rusiyaya verdiyi 50 gün möhlətlə əlaqəlidir.

Axar.az xəbər verir ki. bu sözləri ekspert İlqar Altay qeyd edib.

O, ötən gün qəbul edilən qəırarları sıralayıb:

- Birləşmiş Ştatlar NATO ilə birlikdə, Avropa ölkələrilə yekdil halda Ukrayna üçün Amerika silahlarının tədarükü üçün yeni mexanizm təklif etdi. Avropa ölkələri artıq Ukrayna üçün silah alınmasına qoşulublar;

- ABŞ Prezidenti Donald Tramp 2500 km mənzilli “Tomahavk” qanadlı raketlərini Ukraynaya ötürmək imkanını nəzərdən keçirir;

- Almaniya da Ukraynaya özündəki 5 "Patriot" hava hücumundan müdafiə sisteminin təhvil verilməsi təşəbbüsünə qoşulub, onları tezliklə Ukraynaya çatdırmalıdır;

- Almaniya “Gepard” zenit müdafiə sistemləri üçün 200.000-dən (!) çox mərmini Ukraynaya ötürür və həmçinin Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələr almasını maliyyələşdirir;

- Kanada "Danimarka modeli" üzrə (Ukrayna silah istehsalına investisiyaları nəzərdə tutur) Ukrayna müdafiə sənayesinin maliyyələşdimə işindəki iştirakını davam etdirəcək və Ukrayna tanklarının saxlanmasına 200 mln. dollar ayıracaq;

- Niderland dron zərərsizləşdimə üçün 200 milyon avro və F-16 təyyarələrinə texniki xidmət üçün 125 milyon avro ayırır;

- Norveç pilotsuz təyyarələrin alınması üçün ümumilikdə 1 milyard avro ayırıb;

- İsveç hava hücumundan müdafiə sistemləri, artilleriya və avadanlıqlar tədarükü üçün yeni paket hazırlayır.

Ekspert vurğulayıb ki, sanki bütün dünya Rusiyaya qarşı birləşib:

“Cəmisi 2-3 ay əvvəl Ukraynaya dəstəkdə ABŞ-la Avropa arasında ziddiyyət vardısa, bu gün artıq Putin öz hərəkətləri ilə bu birliyi məcbur yaratdı”.

Tarix
2025.07.22 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazir Bakıdan İrəvana getdi

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirildi

Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı

Putin Hindistandan nə istəyir? - Ekspert

Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb

İlham Əliyev Tailand kralını təbrik etdi

Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək

Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi

Ermənilərin azərbaycanlılara qarşı cinayətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla