Yuxarı

Tur bələdçisi dağdan yox, maşından yıxılıb - Təfərrüat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tur bələdçisi dağdan yox, maşından yıxılıb - Təfərrüat

21:56

Astarada 29 yaşlı tur bələdcisi dağlıq ərazidə yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, Astarada turistlərə bələdçilik edən 29 yaşlı şəxs bədbəxt hadisə nəticəsində vəfat edib.

Hadisə rayonun Hamuşam kəndi ərazisində baş verib. Lerik rayonunun Günəşli kənd sakini, 1995-ci il təvəllüdlü Rufiz Zamanov kənddə bələdçi kimi fəaliyyət göstərərkən dağlıq ərazidə yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Zamanov reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun dayısı Azad Rzayevin verdiyi məlumata görə, Rufiz Zamanovu epilepsiya tutub və nəticədə yıxılaraq başından ciddi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Astarada ölən tur bələdçisinin ölümü ilə bağlı təfərrüat məlum olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, avqust ayının 2-də saat 12 radələrində sürücü T.Əliyev idarə etdiyi QAZ 6601 markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin yük yerində olan sərnişin R.Zamanov asfalt örtüyünün üzərinə yıxılıb. Sərnişin aldığı xəsarətlər nəticəsində ölüb.

Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2025.08.02 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla