Yuxarı

Yaşlı anasını güllələdi, sonra isə özünü öldürdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşlı anasını güllələdi, sonra isə özünü öldürdü

Sabirabad rayonunda oğul yaşlı anasını güllələyib, sonra özünü öldürüb.

Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, rayonun Nizami kəndində baş verən cinayət hadisəsi ailə münaqişəsi zəminində törədilib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Malik Xanlar oğlu İsayev anası, 1938-ci il təvəllüdlü Səbiyyə Astan qızı Hüseynovanı ov tüfəngi ilə yaralayıb, özünü isə öldürüb. S.Hüseynova Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırlaraq, əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.

Cinayəti törədən İsayev anası ilə birlikdə yaşayıb. Ana-oğul arasında bundan bir qədər əvvəl də mübahisə yaranıbmış. Ailə münaqişəsi zəminində həmçinin Malik İsayevin övladlarından biri Asif İsayev həyat yoldaşını bıçaqlayıb. Hazırda həbsxanada cəza çəkir.

Traktor sürücüsü olan Malik İsayev iki övlad atası olub. Mədəsində yaranan problem səbəbindən müalicə alırmış. Onun atası bir neçə il əvvəl vəfat edib.

Faktla bağlı rayon hüquq-mühafizə orqanları araşdırma başladıb.

Tarix
2025.08.28 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla