Yuxarı

Qiymətə görə sərnişini döyən taksi sürücüsünə hökm oxundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qiymətə görə sərnişini döyən taksi sürücüsünə hökm oxundu

Bakıda müştərini döyən “Bolt” taksi şirkətinin 1985-ci il təvəllüdlü sürücüsü B.Hümbətovun məhkəmə prosesi başa çatıb.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, sürücünün azadlığı 9 ay müddətinə məhdudlaşdırıb.

Hadisəyə isə qiymət üzərində yaranan mübahisə səbəb olub.

Belə ki, müştəri Əlişir Quliyev (ad-soyad şərtidir) sifariş verərkən məbləğin 9 manat 67 qəpik yazıldığını görüb. Taksi sürücüsü şəxsi işi ilə bağlı bir əşyanı çatdırmaq üçün marşrutu dəyişib. Nəticədə yol uzandığından sifarişin qiymətində 4 manatlıq fərq yaranıb. Bundan sonra 13.66 AZN-lik məbləğ üzərində tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Zərərçəkən şəxs məhkəmədə B.Hümbətovu bağışlamadığını, ona ən ağır cəzanın verilməsini xahiş edib.

Qeyd edək ki, “Bolt” sürücüsü daha öncə də müxtəlif səbəblərdən məsuliyyətə cəlb edilib.

Tarix
2025.11.25 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla