Yuxarı

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Siyasi Şurasının mayın 4-də İrəvandakı toplantısında iştirak etməyi planlaşdırır. Kremlə bağlı saytların yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi bu xəbəri gizli saxlamağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu iddianın məntiqi yoxdur:

“İrəvandakı toplantıya Avropa Birliyinin və birliyə tərəfdaş olan dövlətlərin liderləri qatılacaqlar. Zelenski Avropa Siyasi Şurasının bundan əvvəlki bütün sammitlərində iştirak edibsə, İrəvandakı toplantıdan niyə imtina etməlidir? Ermənistan toplantının sadəcə ev yiyəsidir, tədbirə çağrılacaq qonaqları Brüssel müəyyələşdirir.

Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsiri barədə açıqlamalar verməyə başlayıb. Bu açıqlamaların özü göstərir ki, erməni radikallar Rusiyanın təlimatıyla hərəkət edirlər.

O ki qaldı Zelenskinin Ermənistana səfərinə, bununla Ukrayna prezidenti Moskvaya mesaj göndərəcək ki, Cənubi Qafqaz, o cümlədən Ermənistan artıq Rusiyanın “arxa bağça”sı deyil.

Avropa Siyasi Şurasının İrəvandakı toplantısı Baş nazir Nikol Paşinyana da lazımdır. O, parlament seçkisi öncəsi AB liderlərindən hərtərəfli dəstəyə ümid edir”.

Tarix
2026.04.28 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla