Yuxarı

5 min dolları satarkən saxlanıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
5 min dolları satarkən saxlanıldı - Foto

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şəxslərin müxtəlif ticarət mərkəzlərində gizli şəkildə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaları barədə daxili işlər orqanlarına əməliyyat məlumatları daxil olur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında “Sədərək” Ticarət Mərkəzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayon sakini Bəxtiyar Mahmudov 5 min ABŞ dollarını 9225 manata satan zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən əlavə olaraq 12 min 360 ABŞ dolları və 49 min 453 manat məbləğində pul vəsaiti aşkar edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs qeyd edilən ticarət mərkəzində qanunsuz olaraq səyyar şəkildə valyuta mübadiləsi ilə məşğul olduğunu bildirib.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Qeyri-qanuni valyuta mübadiləsi ilə məşğul olan şəxslər bu hüquqazidd əməllərdən çəkinməlidirlər.

Tarix
2016.12.16 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla