Yuxarı

Xaçmaz kanalında kəsilmiş at başları aşkarlandı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmaz kanalında kəsilmiş at başları aşkarlandı - Foto

Xaçmaz rayonunun Kiçik Baraxum kəndindən (Dədəli inzibati ərazi dairəsi) keçən kanalda çoxlu sayda kəsilmiş at başı və heyvanın digər bədən üzvləri aşkar olunub.

Report xəbər verir ki, yerli sakinlər artıq neçənci dəfədir ki, belə bir vəziyyətin şahidi olurlar.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların kəllə, daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır ki, bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır. Güman edilir ki, bu hissələr hansısa kolbasa məhsullarının hazırlanma sexində kəsilən heyvanlara aiddir.

Kənd sakinləri bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətinin Dədəli kənd İƏD üzrə nümayəndəliyinə məlumat verildiyini bildiriblər. Dədəli kənd İƏD üzrə nümayəndə Abdulla Didarovla bunun heç də yaxşı hal olmadığını qeyd edib:

“Bu barədə Xaçmaz rayon Polis şöbəsinə məlumat verilib. Ola bilsin ki, xəstə və şikəst atları kəsib, ətini Bakıya kolbasa sexlərinə təhvil verirlər".

Qusarçay-Dədəli Baytar Məntəqəsinin müdiri Rövşən Əliməmmədov isə açıqlamasında hadisədən xəbərdar olduqlarını söyləyiblər:

"Hadisədən xəbərdarıq, lakin bunun kim tərəfindən törədildiyi məlum deyil. Bu barədə polis orqanlarına məlumat verilib".

Qeyd edək ki, bir neçə il bundan öncə Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində at və uzunqulaq cəsədi aşkar edilmişdi.

Tarix
2017.03.04 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla