Yuxarı

Millət vəkili mükafat aldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva türk dünyasına və İraq türkman mədəniyyəti, sənəti, mübarizəsi yolunda xidmətlərindən dolayı İraq türkman təşkilatları tərəfindən Xidmət Ödülünə layiq görülüb.

Kult.az xəbər verir ki, ödülü Qənirə Paşayevaya Türkmaneli Kültür Mərkəzinin rəhbəri Dr. Mustafa Ziya və Beynəlxalq Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi təqdim edib.

Onlar millət vəkili Qənirə Paşayevanın “İraq türkmanlarına və türk dünyasına xidmət” ödülünü və mükafatını Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstəyə və İraq türkmanlarının hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildiriblər.

“İraq türkmanları bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır”, - deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsinin, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd edib.

Sonda millət vəkili Q.Paşayeva Türkmaneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya və Beynəlxalq Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi ilə İraqdakı soydaşlarımız və onlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələr ətrafında fikir mübadiləsi aparıb.

Tarix
2017.09.19 / 10:50
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyə MN Azərbaycanı təbrik etdi

İlham Əliyev iki ölkənin səfirini qəbul etdi

ÇAXAL-dan görünməmiş çağırış: İranlılar, bu ərazidən qaçın!

Mürəkkəb geosiyasi hadisələr baş verir: milli, regional və…

İsrail İran səmasına hakimdir: Ancaq “bunker-buster” olmasa…

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət etdi

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı paylaşım etdi

İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov

İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım

Azərbaycanda Milli Qurtuluş Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla