Yuxarı

Daha bir alim “əsgər” olmasını istəmir - 10 təklif

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda əsas məsələ müstəqillik dövrü üçün dilimizin yeni orfoqrafiya qaydalarının hazırlanmasıdır. Əvvəlki lüğətlərdə alınma sözlərin yazılışında bir qayda olaraq ərəb və fars mənşəli sözlər, o cümlədən rus dilindən və bu dil vasitəsi ilə dilimizə keçən sözlərin yazılışı öz əksini tapırdı. Bu da dövrün tələblərindən irəli gəlirdi. Çünki dilimizə yeni sözlər rus dilindən və rus dili vasitəsi ilə keçirdi. Artıq müstəqillik illərində dilimiz birbaşa mənbə dillərdən söz alır. Bu səbəbdən də “orfoqrafiya qaydaları”nda bu qaydalar təsbit olunmalıdır.

Bu sözləri Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsi haqda Kult.az-a danışarkən deyib. O, dilimizin orfoqrafiya qaydalarının tənzimlənməsi üçün aşağıdakı qaydaların tətbiq olunmasını təklif edib:

“1. Hələ də rus dilinin təsiri ilə dilimizdə bəzi sözlər qoşa “o” hərfi ilə yazılır. Məsələn, kooperativ, kooperasiya, zoologiya. Fikrimizcə, bu sözlər digər sözlərlə eyniləşdirilərək bir “o” ilə yazılmalıdır.

2. Əvvəlki lüğətlərdə mürəkkəb söz kimi verilmiş ikinci növ təyini söz birləşməsi formasında olan bəzi sözlər (kələmdolması, başağrısı və s.) cəmlənə bilmədiyinə görə lüğətdən çıxarılmalıdır. Məlum olduğu kimi, dilimizdə cəm şəkilçisi sözün sonuna artırılır. Belə sözlərdə isə bu alınmır. Deməli, “bir vurğu altında deyilən sözlər bir yerdə yazılır” qaydası, heç də həmişə özünü doğrultmur. Məsələn, “kələmdolmasılar” deyə bilmirik və “kələmdolmaları” deyirik və yazırıq. Bu isə dilin morfoloji prinsipinin pozulması ilə nəticələnir ki, gələcəkdə ciddi fəsadları ola bilər. Bu eyni zamanda “soyqırımı” və digər sözlərə də aiddir. Bu söz əslində “soyqırım” olmalıdır, necə ki, “soyad” sözünü yazırıq.

3. Dilimizdə orfoepik norma kimi təsbit olunan “iki kar samit yanaşı gələrkən ikinci kar samit cingiltiləşir” qaydası söz kökündə işlənən bütün sözlərə şamil olunmalıdır. Məlum olduğu kimi, dilimizdə bu cür yazılan cəmi iki-üç söz var (nisgil, əsginas, əsgər, əsgi, pelasgi (-lər), fosgen və difosgen) ki, bu sözlərin “k” ilə yazılması məqsədəuyğundur. Bu tədrisdə olduqca vacib amildir. Qalan hallarda dilimizdə işlənən “sg” və “şg” istisna hallarda işlənir ki, bunlar da düzəltmə və mürəkkəb sözlərə aiddir. Məsələn, səsgücləndirici, yasgülü, dəsgirə, pərəstişgah, təxəllüsgötürmə, onbeşgünlük, təşəbbüsgöstərmə.

4. Dilimizdə söz əvvəlində qoşa samit işlənmədiyinə görə hazırkı lüğətdə qoşa “s” ilə başlayan sözlər bir “s” ilə yazılsın. Məsələn, ssenari, ssenarist, ssenariçi və s.

5. Son illər əcnəbi dillərdən dilimizə keçən sözlərin hamısının fonetik prinsipə əsasən yazıldığı qeyd olunsun. Məsələn, Feysbuk, Tvitter, sidi, sidi-ve, sivi, sidi-erve, vatsap, fləş, fləşkart, pleysteşn, vörd, vindous, fotoşop, corl-drou, Avroviziya və s.

6. Lüğətdə sonu tək heca ilə yazılan hiss, küll, fənn və s. sözlərinə samitlə başlayan şəkilçilər artırılarkən samitlərdən birinin düşdüyü qeyd edilsin. Məlumdur ki, indiyə qədər qrammatika kitablarında bu məsələ mübahisəli şəkildə izah edilirdi. Belə ki, dilimizdə həm də bir hərflə yazılan his və kül sözləri olduğundan bu sözlərdə son samitin düşməməsi qeyd edilirdi. Bu isə əslində “dilimizin normalarını pozur. Fikrimizcə, bu kontekstdə məlum olduğundan” hissdən yazmağa ehtiyac yoxdur.

7. Məlum olduğu kimi, abreviaturalara (qısaltmalar) şəkilçilər artırılarkən qısaltmanın son hərfinə uyğun yazılır. Məsələn, Azərbaycan Turizm Təşkilatı – ATT-nin və s. Bura Amerika Birləşmiş Ştatları - ABŞ-nin (Bu qısaltma Azərbaycan dilində A-Be-Şe şəklində tələffüz edilməlidir) əlavə edilsin.

8. 2013-cu ilin lüğətində “anten” kimi yazılan söz “antena” kimi yazılsın.

9. “Şeir”, “feil” sözlərinə saitlə başlayan şəkilçi qoşularkən kökdəki son saitin düşdüyü qeyd edilsin. Məsələn, şerə, feli və s.

10. Ay adları bəzən böyük, bəzən kiçik yazıldığından (8 Mart, 10 mart) onların bütün hallarda böyük hərflə yazıldığı qeyd edilsin”.

Tarix
2018.01.26 / 14:11
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla