
NATO Trampa bu tarixdə güzəştə gedəcək
08:00
Ana səhifə Hadisə |
![]() ![]() ![]() ![]() |
Goranboyda avtomobillə motoroller toqquşub.
APA-nın verdiyi məlumata görə, hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.
Cəfərov Vüqarın idarə etdiyi "Nissan" avtomobili motorollerlə toqquşub. Qəza nəticəsində motorollerdə olan 1996-cı il təvəllüdlü Əliyev Əfqan və 1990-cı il təvəllüdlü Mehdiyeva Lalə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2018.04.13 / 22:15
|
Müəllif
Axar.az
|