Yuxarı

Çinarə "Kadrarxası"nı təqdim etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinarə "Kadrarxası"nı təqdim etdi - Foto

Gənc yazar Çinarə Nağıyevanın "Kadrarxası" kitabının təqdimatı olub.

Kult.az xəbər verir ki, dünən "Azərkitab" kitab təbliğatı mərkəzində gənc araşdırmaçı yazar Çinarə Nağıyevanın müəllifi olduğu "Kadrarxası" kitabının təqdimat və imza günü keçirilib. Təqdimatda Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Misir Mədəniyyət mərkəzinin rəhbəri Dr.Ahmed Sami Elaydy, Bakı Dövlət və Bakı Slavyan universitetlərindən olan ziyalılar, eləcə də bir sıra digər qonaqlar iştirak ediblər.

"Azərkitab" kitab təbliğatı mərkəzinin rəhbəri Sabir Həsənovun moderatorluğu ilə keçirilən tədbirdə kitab barədə olduqca maraqlı müzakirələr aparılıb, müəllifə yaradıcılıq uğurları arzulanıb.

İki hissədən ibarət olan kitabın birinci hissəsi ədəbi üslubda yazılsa da, ikinci hissəsi tarixi mənbələrdən istifadə edilməklə geniş və əsaslı dəlillərlə təhlil olunub. Kitabın ikinci hissəsində müəllif 28 oçerk qələmə alıb ki, bu oçerklərdə II Dünya müharibəsində Azərbaycan və Bakı neftinin rolu, Dünya dövlətlərinin Yəhudi məsələlərindəki mövqeyi, 1936-cı il Berlin Olimpiya Oyunları, Alman təbliğatının gücü, Adolf Hitlerin baş tutmayan təhlükəli planları, Krım xəzinəsi müəmması, nasistlərin Argentina sirləri və digər mövzular təhlil edilib.

Kitabın adından göründüyü kimi, burada müəllif əsasən II Dünya müharibəsində baş verən hadisələrin kadrarxasında qalan məqamlarına aydınlıq gətirib.

Qeyd edək ki, kitabın rəyçiləri Bakı Dövlət Universitetinin "Tarixşünaslıq, mənbəşünaslıq və metodika" kafedrasının müdiri tarix elmləri doktoru, professor Anar İsgəndərov, "Arxeologiya və etnoqrafiya" kafedrasının dosenti Kərəm Məmmədov və Abşeron Rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədovadır.

Tarix
2018.05.06 / 15:51
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla