Yuxarı

Xəritə gerçəyi: gürcülər bizi təhqir etdi, yoxsa?.. - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl yerli mətbuatda Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimizin təhqir olunması haqda xəbərlər yayılmışdı. Sözügedən xəritədə eşşək təsviri olan hissənin azərbaycanlılar yaşayan ərazi olduğu iddia edilmişdi.

Kult.az xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində yaşayan şair-publisist Tapdıq Yolçu məsələ ilə bağlı araşdırma aparıb. Saytımıza ünvanlandığı məktubda T.Yolçu vurğulayıb ki, xəritədə eşşək rəsmi Gürcüstanın Kaxet bölgəsi üzərində verilib və bunun soydaşlarımızın kompakt yaşadığı Borçalı (Kvemo Kartli) bölgəsinə heç bir aidiyyəti yoxdur.

Kaxet bölgəsi üzərində eşşək rəsminin verilməsinin səbəbi haqda isə Tapdıq Yolçu bildirib ki, Gürcüstanın Kaxet bölgəsinin sakinləri xalq arasında eşşəklə (əlbəttə, zarafatla!) çox assosiasiya olunmaqdadır və bununla əlaqəli çoxlu sayda lətifə də mövcuddur:

“Nümunə üçün birini yazıram: Kaxetli evləndi və səhəri gün onun eşşəyi intihar elədi”.

T.Yolçu Gürcüstanın siyasi xəritəsi ilə fincan üzərindəki rəsmi müqayisə də edib:

“Bu xəritəyə diqqətlə baxın, Kvemo Kartli – soydaşlarımızın kompakt yaşadığı Borçalı bölgəsi haradadır, Kaxeti harada?!

Əslinə qalsa, həmin kollajın müəllifi burada kaxetlilərə qarşı çox böyük səhvə, haqsızlığa yol verib. Belə ki, Gürcüstanın bu bölgəsi ölkəni dünya arealında daha gözəl tanıdan məşhur gürcü şərabının xammal mənbəyi, üzüm plantasiyaları və onu layiqincə becərib ərsəyə gətirən zəhmətkeş insanları ilə məşhurdur. Odur ki, həmin xəritədə Kaxet bölgəsinin rəmzi rəsmi, ən azı, şərab çəlləyi olmalı idi”.

Araşdırmanın müəllifi əsrlərdir qonşuluq münasibətlərində yaşayan iki dost xalq – azərbaycanlılar və gürcülər arasına nifaq toxumu səpməyin yolverilməz olduğunu bildirib.

Qeyd edək ki, tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev sosial şəbəkədəki hesabında Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunduğunu iddia etmişdi. O bildirmişdi ki, həmyerlilərimizin yaşadığı əraziyə eşşək şəkli çəkilib və başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə müti halda başını aşağı salıb.

Tarix
2018.06.22 / 15:35
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla