Yuxarı

Xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər - Siyahı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:09

Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.

Report-un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, “Speys” televiziya kanalında yayımlanan “Hər gün” verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı “Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər]”, “Tənzimlənməsi” - [Tənzimləmməsi], “Məksədilə”- [Məksədiynən], “İşləri ilə”- [İşləriynən], “Qanlı”- [Qannı], “Abonentlərə”- [Abonentdərə], “Məhdudiyyətlər”- [Məhdudiyyətdər], “Dünyə “[dünya], “Xəbərləri ilə” [xəbərrəriynən] və s. kimi səhvlər edir.

“Hava” xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı “Timperatur”- [temperatur], “Təşkil edəcəy”- [təşgil edəcəxʹ], “Sporsorluğiylə”- [Sporsorruğuynan], “İzliyirsiniz”-[izdiyirsiz] və s. kimi səhvlər edir.

“Hər gün” verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı “axşam saatlarında” - [sa:tdarında], “ölümlə” - [ölümnən], “təfərrüatları” - [təfərrüatdarı], “faktla” - [faktnan], “silahlarla” - [silahlarnan], “yaşlı”- [yaşdı], “sonra”-[so:ra], “oyuncağ”-[oyuncax], “Dövlət” [dö:lət], “Yaranmasının” [yarammasının], “Fərqləndiklərinə” [fərkləndixʹlərinə], “bəha:nə imiş” [bəha:nəymiş], “şiddətli” [şiddətdi] və s. kimi səhvlər edir.

“Hər gün” verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı “Logistika”-[lagistika], “Sakinləri”-[sakinnəri], “Valideynlər”-[valideynnər], “Birləşmiş Ştatların”-[ştatdarın], “CNN-Sineen” –[SieNeN], “İş adamları üçün” - [adamlarıyçün], “Pasportlarda”-[pasportdarda], “Qanla”-[qannan], “Bıçağlıyaraq” - [bıçaxlıyarax], “Yatağxanada”-[yataxxanada], “Yanığ”-[yanıx], “Yaşayan”-[yaşıyan], “Təfərrüatları”-[təfərrüatdarı], “Küçəyə”-[küçiyə], “lənkəranlı” [lənkərannı], “mal-qaraya” [mal-qarıya] və s. kimi səhvlər edir.

“Lider” televiziya kanalında yayımlanan “Səda” verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı “Cəbhə boyu” [Cəbhəboyu], “Xa:ci” [xarici], “Mövlüd” [mövlud], “Gündəlikdə” [Gündəlixʹdə], “Ame:ka” [Amerika], “Qa:dının” [qadının], “Atəşkəş” [atəşkəs], “Ya:rış” [yarış] və s. kimi səhvlər edir.

“Səda” verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı “Yeddi” [yetdi], “Anjeʹy Kapişek” [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.

“Səda” verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı “Gərək” [gərəxʹ], “Keşik” [keşixʹ], “Karakısda” [karakasda] və s. kimi səhvlər edir.

“Səda” verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı “gərginlik” [gərginlixʹ], “metıdını” [metodunu], “sinoptikləʹr” [sinopʹtiklər], “tufanın” [tu:fanın ] və s. kimi səhvlər edir.

ATV televiziya kanalında yayımlanan “ATV xəbər” verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı “Dövlət” [dö:lət], “Sərəncamıyla” [sərəncamıynan], “Aşəğ” [aşıx], “Şöhrət ordeni ilə” [ordeniynən], “Ümumiyyətlə” [ümumiyyətnən], “İlham Əliyevlə” [Əliyevnən], “Onlardan” [onnardan], “Gücləndirilmiş” [güjdəndirilmiş],“Dövlət Agentliyinə” [Agentdiyinə], “Nazirliyinə” [nazirriyinə], “Xəsənovanın” [Həsənovanın ], “İlliy” [illixʹ], “Həsr olunmuş” [olummuş], “Tədbirlər” [tədbirrər], “Hazırlayıb” [hazırrıyıp], “Sonra” [sora], “Bizimlə” [bizimnən], “İzliyə” [izdiyə], “İkigünlük” [ikigünnüxʹ] və s. kimi səhvlər edir.

“ATV xəbər” verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı “Dəstək” [dəstəxʹ], “əməkdaşları” [əməxʹdaşdarı], “qoşunların” [qoşunnarın], “gözlənilir” [gözdənilir], “mərkəzlərin” [mərkəzdərin], “çətinliklər” [çətinnixʹlər], “fatoqraflar” [fotoqraflar] və s. kimi səhvlər edir.

“ATV xəbər” verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı “Xeyirli” [xeyirri], “Yerli” [yerri], “Onlarla” [onnarnan], “Buynuzlu” [buynuzdu], “Kəsməy” [kəsmək], “Gömrük” [Gömrüxʹ], “Güjlü” [güjdü], “Çənəyə” [çəniyə], “Ama” [amma], “Sonra” [so:ra] və s. kimi səhvlər edir.

“İdman” verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı “Oyunlara” [oyunnara], “Kənarlaşdıran” [kənarraşdıran], “Hesabıyla” [hesabıynan], “Bəra:bərliylə” [bəra:bərrixʹnən], “Fənərbaxça” [Fənərbağça], “Azarkeşlərini” [azarkeşdərini] və s. kimi səhvlər edir.

İTV televiziya kanalında yayımlanan “Carçı” verilişinin aparıcısı Könül Məmmədova tələffüzü zamanı “Qəzaya” [qəzıya], “Uğrayan” [uğruyan], Tovuz, “Tavuz” [To:uz], “adlarla” [addarnan], “Bu dəyqələrdə” [dəqiqələrdə], “vertual” [virtual] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Alidə Mustafayeva tələffüzü zamanı “hörmətli” [hörmətdi], “Azərbaycanla” [Azərbaycannan], “əməliyyatlar” [əməliyatdar] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Röya Bənənyarlı tələffüzü zamanı “yüzlərlə” [yüzdərnən], “yerli” [yerri], “hazırlandığını” [hazırrandığını], “Tehranla” [Tehrannan] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Nigar Sabirqızı tələffüzü zamanı “etməklə” [etməxʹnən], “Xameneynin“ [Xamneyinin], “mümkünlüyünü” [mümkünnüyünü], “günlər” [günnən], “xəstəxanalara” [xəsdəxanalara], “ölümlə” [ölümnən], “çempionlar” [çempiyonnar], “olacaq” [olacax], “ünvanlı” [ünvannı] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Ramiz İdrisoğlu tələffüzü zamanı “ştatlarına” [ştatdarına], “gərginləşən” [gərginnəşən], “rəhbərliyi” [rəhbərriyi], “növbəti” [nö:bəti] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Zümrüd Şahova tələffüzü zamanı “Ramiz Əliv” [Əliyev], “görənləri” [görənnəri], “məktəbə” [məxʹtəbə], “müraciət etməklə” [etməxʹnən], “dərslikləri” [dərsdixʹləri], “həyətya:nı” [həyətyanı] və s. kimi səhvlər edir.

“İdman” verilişinin aparıcısı Sevinc Eminzadə tələffüzü zamanı “sonra” [so:ra], “sloqanda” [sloqanda. ], “bağışlamayıblar” [bağışdamıyıplar], “qadınlardan” [qadınnardan], “Bolqarıstanın” [Balqarıstanın] və s. kimi səhvlər edir.

“Xəzər” televiziya kanalında yayımlanan “Xəzər Xəbər” verilişinin aparıcısı Azər Teymurlu tələffüzü zamanı “a:çıx” [açıx], “piyada” [piya:da], “Zaqulğba” [Zuğulba], “Ve:lən” [verilən] və s. kimi səhvlər edir.

Xəzər Xəbər verilişinin aparıcısı Günel Qədimova tələffüzü zamanı “Bəsər” Əsəd [Bəşər], “zolaqına” [zolağına], “davasına” [da:vasına] və s. kimi səhvlər edir.

ARB televiziya kanalında yayımlanan “ARB Xəbər” verilişinin aparıcısı Vüsalə Camal tələffüzü zamanı “ordğen” [orden], “böyük Ağa” [Böyükağa], “odur ki” [odu], “dəyirli” [dəyərli], “sujetimizdə” [süjetimizdə], “ekalagiya” [ekologiya], “tədbirrar” [tədbirrər] və s. kimi səhvlər edir.

“Ölkə xəbər” verilişinin aparıcısı Zülfiyyə Telmanqızı tələffüzü zamanı “xəbərlərin” [xəbərrərin], “sujeti” [süjeti], “müvaffik” [müva:fik], “edır” [edir], “ıstıqamətdərə” [istiqamətdərə], “sərnışın” [sərnişin], “bə:s” [bəs], “mühütü” [mühiti] və s. kimi səhvlər edir.

Tarix
2018.12.08 / 11:57
Müəllif
Kult.az
Digər xəbərlər

Trampın oyunu: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla