Yuxarı

Ukrayna Krımda Rusiyanın iki hərbi təyyarəsini vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Krımda Rusiyanın iki hərbi təyyarəsini vurdu

Krımda Belbek aerodromunda Rusiyanın iki Su-27 təyyarəsi vurulub.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub. Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır.

Dispetçer qülləsinə dəyən ziyan da təsdiqlənib. Bu da göstərilən aerodromda uçuşların təşkilini və idarə olunmasını çətinləşdirə bilər.

"Bu, son günlərdə Belbek aerodromuna edilən ikinci uğurlu hücumdur. Dekabrın 18-də Xidmətin dronları bu aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya avadanlığını məhv edib. Bu avadanlıqlar iki Nebo-SVU radarı, S-400 Triumf hava hücumundan müdafiə sistemindən 92N6 radarı, Pantsir-S2 hava hücumundan müdafiə sistemi və tam təchizatlı sursatla təchiz olunmuş MiQ-31 təyyarəsi olub", - deyə məlumatda qeyd olunub.

Tarix
2025.12.20 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla