Yuxarı

Sürücünü döyən SOCAR əməkdaşı həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücünü döyən SOCAR əməkdaşı həbs olundu

Bakıda 1985-ci il təvəllüdlü “SOCAR Petrol”un mühafizəçisi Mahir Məmmədov (soyad şərtidir) “Maksim” taksi xidmətinin sürücüsü Namiq Mürsəlovu döyüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

Belə ki, Mahir dayısı Sabir Gülməmmədovla birgə Xırdalandan Türkan qəsəbəsinə getmək üçün taksi sifariş edib. Ünvana çatanda isə müştərilər 15 manat olan gediş haqqını ödəməkdən boyun qaçırıb.

Sürücüyə “iki dəqiqəyə gəlirik” deyən müştərilərin gəlmədiyini görən Namiq Mürsəlov onları uca səslə çağırmağa başlayıb. Bu zaman çölə əvvəlcə dayı, daha sonra isə bacıoğlu çıxıb. Dayısının taksi sürücüsü ilə mübahisə etdiyini görən Mahir Məmmədov Namiq Mürsəlova bel nahiyəsindən zərbə endirib.

Bundan sonra sürücü DİN-in 102 xidmətinə zəng edib. Mahir Məmmədov məhkəmə qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2025.12.20 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla