Yuxarı

Londonda Heydər Əliyevin xatirəsi anıldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londonda Heydər Əliyevin xatirəsi anıldı - Video

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.

Report xəbər verir ki, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan tarixindəki əhəmiyyətli rolundan danışıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycan sosial, iqtisadi, siyasi və hərbi baxımdan çox çətin vəziyyətdə idi:

"Bütün bu çətinliklər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri sayəsində qısa müddətdə aradan qaldırıldı. Ötən əsrin 90-cı illərində dövlətçiliyimizin qorunub saxlanılması, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunması, ölkəmizin digər dövlətlər arasında layiqli yer tutması Heydər Əliyevin uzaqgörənliyi və praqmatik siyasi fəaliyyəti nəticəsində mümkün olmuşdur”.

Daha sonra Tahir Tağızadə Prezident İlham Əliyevin ümummilli liderin layiqli davamçısı olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü işlər və son dövrlərdə ölkəmizdə keçirilən layihələr haqqında danışıb.

Tarix
2018.12.08 / 14:48
Müəllif
Kult.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla