Yuxarı

Rektora ittiham: dostunun qızı kimdir? - Sensasion fakt

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin işdən çıxarılan dekanı Vüsalə Elxan qızı Ağabəyli təkcə sözügedən təhsil müəssisəsinin rektoru ilə bağlı deyil, burada çalışan ayrı-ayrı şəxslərlə də bağlı kampaniyalar aparır.

Davamlı olaraq mediada şər-böhtan xarakterli yazılar yayımlayan Vüsalə Ağabəyli son olaraq Musavat.com-a müsahibəsində bir daha Kamal Abdullanı öz dostunun qızına etimad göstərib, irəli çəkməkdə ittiham edib.

V.Ağabəylinin müsahibəsində dəfələrlə “dost qızı” olaraq nişan verilən Nərgiz Qurbanlı kimdir? Bu qız Kamal Abdullanın hansı dostunun qızıdır ki, bütün ittihamların mərkəzində adı çəkilir?

Kult.az qısaca araşdırma ilə N.Qurbanlının kimliyini aydınlaşdırıb. Nərgiz Qurbanlı orta təhsilini Bakıda, sonra isə Türkiyədə alıb. Qazi Anadolu Liseyini bitirdikdən sonra Ankara Universitetinin İletişim fakültəsinə (Jurnalistika) qəbul olub. Daha sonra təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində davam etdirib. 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr səviyyəsini bitirib. 2006-cı ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsində ingilis dili ixtisası üzrə əlavə təhsil alıb və 2007-ci ildən etibarən ADU-da fəaliyyətə başlayıb. 2014-cü ildən ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında jurnalistika ixtisası üzrə müəllim kimi çalışır. Elə həmin il ADU-nun doktorantı olub. Hazırda Azərbaycan Dillər Universitetinin Virtual jurnalistika kafedrasının müdiri işləyir.

Nərgiz Qurbanlı ilə bağlı başqa maraqlı məlumatlar da var, ancaq ən önəmlisi onun kimin övladı olmasıdır.

Nərgiz Qurbanlı Azərbaycanın görkəmli tərcüməçi-alimi Çərkəz Qurbanlının qızıdır. O Çərkəz Qurbanlı ki, 1966-cı ildən 2014-cü ilə qədər – az qala 50 il - Azərbaycan Dillər Universitetində müəllim, kafedra müdiri, dekan, prorektor kimi müxtəlif vəzifələrdə çalışıb və bu təhsil ocağının inkişafında rol oynayan şəxslərdən biri olub.

Ç.Qurbanlının Azərbaycan elminə, ədəbiyyatına böyük töhfəsini görmək üçün onun məşhur “Əli və Nino” romanını alman dilindən Azərbaycan dilinə tərcümə etməsini, XX əsr dünya ədəbiyyatına böyük təsir göstərən Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatına layiq görülməsini xatırlamaq kifayət edər.

Daha bir sensasion məqam isə Çərkəz Qurbanlının bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışmasıdır.

Nərgiz Qurbanlı ilə bağlı digər diqqət çəkən nüans ondan ibarətdir ki, qardaşı Elçin Qurbanlı 1994-cü ildə Qarabağda Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olub.

Başqa sözlə desək, N.Qurbanlı 48 il ADU-da çalışan tanınmış tərcüməçi-alimin qızı, torpaqlarımız uğrunda şəhid olan qəhrəmanımızın bacısıdır.

Nəzərdən yayınan daha bir məqam var. N.Qurbanlının bioqrafiyasına nəzər salanda onun 2014-cü ildən ADU-da fəaliyyətə başladığı məlum olur. Belə olan halda Kamal Abdullanın öz dostunun qızını irəli çəkməsi ilə bağlı iddiaların əsassız olduğuna heç bir şübhə yeri qalmır. Çünki Kamal Abdulla sözügedən universitetə 2017-ci ildə rektor təyin edilib.

Türkiyədə ali məktəbə daxil olan, BDU-da magistr təhsilini başa vuran, ADU-da ingilis dili ixtisasına yiyələnən və ADU-nun doktoranturasını bitirən N.Qurbanlının virtual bir kafedraya rəhbərlik etməsi (ictimai əsaslarla olan kafedradan söhbət gedir – red.) nə zamandan xüsusi imtiyaz hesab olunur ki, onun adı da bu qədər hallanır?

Sonda onu qeyd edək ki, Vüsalə Ağabəylinin məhz mərhum alimin qızı, şəhid bacısı olan və ömrünü təhsilə, elmə həsr etməyi qarşısına məqsəd qoyan bir azərbaycanlı xanım - Nərgiz Qurbanlı ilə bağlı neqativ fikirlər səsləndirməsi təkcə müəllim yox, həm də vətəndaş əxlaqına sığmır.

Tarix
2019.02.20 / 11:17
Müəllif
Aqşin
Oxunub
8 023
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla