Yuxarı

Dili və qulağı tutulan xalq artistini nə xilas etdi? – Tanrı möcüzəsi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dili və qulağı tutulan xalq artistini nə xilas etdi? – Tanrı möcüzəsi

Bu gün mərhum aktyor, xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür.

Kult.az xatırladır ki, Bəşir Səfəroğlu 1925-ci il martın 11-i Bakıda anadan olub. Yeniyetmə vaxtlarından kiçik intermediyalarda, birpərdəli tamaşalarda rollar oynayıb. 1941-ci ilin sonlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə kontuziya alıb. Dili tutulduğu və qulaqlarında karlıq yarandığı üçün cəbhədən qayıdıb. Bir müddət fəhlə, yük maşınının sürücüsü kimi çalışıb.

Bəşir müəllimi ağrıdan dəhşətli müharibədə aldığı travma yox, teatrdan uzaq düşməsi idi. O, hər gün Musiqili Komediya Teatrının qarşısında dayanıb, həsrətlə bu binaya baxırmış.

Bir dəfə rejissor Niyaz Şərifov onu görüb teatra dəvət edir. Əvvəlcə tamaşaçı kimi burada yer alan Səfəroğlu sonralar kütləvi səhnələrin aktyorlarından biri kimi fəaliyyətə başlayır. Çox keçmir ki, onun teatr sevgisi möcüzəyə səbəb olur. Belə ki, yuxusunda səhnəyə yararsızlığını görüb bərk həyəcanlanan Bəşir Səfəroğlunun dili də, qulaqları da açılır və əsl möcüzələr bundan sonra başlayır.

Çox nadir aktyorlar bir rolu, obrazı ilə adını tarixə yazdıra bilir. Bəşir Səfəroğlu da belə sənətkarlardandır. O, cəmi 7 filmə çəkilib. Daha doğrusu, həyat ona məhz 7 filmlik möhlət verib. Bu rollardan ən məşhuru “Ulduz” filmində canlandırdığı Gülümsərovdur.

Aktyor “Aygün” (1960), “Qəribə əhvalat” (1960), “Əhməd haradadır?” (1963), “Yun şal” (1965), “Yaşamaq gözəldir, qardaşım!” (1966), “Nəsrəddin Xocanın 12 məzarı” (1966) kimi filmlərdə də rol alıb.

Sənət uğurlarına görə 1964-cü ildə Azərbaycanın əməkdar artisti, 1968-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülən Bəşir Səfəroğlu 1969-cu ildə, cəmi 44 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

Bu gün onun sənətini qızı, xalq artisti Afaq Bəşirqızı davam etdirir.

Tarix
2019.03.11 / 11:06
Müəllif
Aqşin
Digər xəbərlər

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla