Yuxarı

Tanınmış rektor medalla təltif olundu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış rektor medalla təltif olundu - Foto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvlüyünə layiq görülüb və xatirə medalı ilə təltif olunub.

Bu barədə Kult.az-a ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, rektor Kamal Abdullanın ADU-ya rəhbərlik etdiyi tarixdən etibarən şəhid ailələrinə, onların bu ali məktəbdə təhsil alan övladlarına, kollektivdə yer alan Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşması, həmçinin erməni qəsbkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalı günlərini qan yaddaşı olaraq tələbələrin hafizəsinə hopdurulması və vətənpərvər ruhlu vətəndaş və pedaqoq kimi yetişmələri üçün mühazirə-seminar dərslərində onlarla bu mövzuda zəruri söhbətlərin aparılmasını professor-müəllim heyətinə tövsiyə etməsi, o cümlədən ali təhsil müəssisəsində 20 yanvar, Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçirməsi, tələbələrin universitetin ictimai həyatında fəal rol oynamağa şərait yaratması, bu tədbirlərin məntiqi davamı kimi Azərbaycan Respublikasının məcburi köçkün məktəblərində, xüsusilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd orta məktəbində tələbələrin pedaqoji təcrübəyə göndərilməsi istiqamətində gördüyü təqdirəlayiq işlər, əsl pedaqoq və peşəkar təhsil mütəxəssisi, həm də mənəvi ata və şəfqətli insan kimi fəaliyyəti şəhid ailələrinin, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, onların ailə üzvlərinin dərin minnətdarlığına və riqqətinə səbəb olub.

Bütün bunları əsas tutaraq İctimai Birliyinin idarə heyəti çoxsaylı müraciətləri əsasında akademik Kamal Abdullanın mükafata layiq görülməsi barədə qərar qəbul edilib.

Tarix
2019.03.11 / 15:55
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla