Yuxarı

Qarğalar xalq şairinə necə kömək etdi?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarğalar xalq şairinə necə kömək etdi?

Xalq şairi Sabir Rüstəmxanlının nəvəsi ilə bulvar gəzintisi zamanı başına gələnlər təəccübə səbəb olub.

Kult.az xəbər verir ki, S.Rüstəmxanlının 4 yaşlı nəvəsi bulvarda topla oynayarkən, top yaxınlıqdakı çinar ağacının budaqlarına ilişib.

S.Rüstəmxanlı bildirib ki, heç bir vəchlə topu aşağı endirə bilməyiblər. 4 yaşlı balaca ağlasa da, heç bir cəhd topu ağacdan endirməyə yaramayıb.

“Əlimizi üzüb uzaqlaşmaq istədik. Uşaq ağlamağa başladı. Bu vaxt doğrudan da möcüzə baş verdi. Gözlənilmədən hardansa bir qarğa uçub gəldi və yarpaqların arasında birbaşa topu dimdikləməyə başladı. Amma görünür, onu budaqların arasından çıxarmağa tək gücü çatmadı. Onun qarıltısına ikinci bir qarğa da uçub gəldi. İkisi birlikdə qarıldaşa-qarıldaşa topu budaqların arasından çıxartdılar. Balaca Sabirin ağlamağı kəsildi. Sevincək topa doğru qaçdı. Qarğalar sanki elə bunu gözləyirmişlər ki, uçub getdilər. İnanılası deyil, çünki gəzdiyimiz bir neçə saat ərzində bulvarda başqa bircə dənə də quş görmədik”.

Tarix
2019.05.13 / 16:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla