Yuxarı

Prezidentin bu sərəncamı məni sevindirdi - Kamal Abdulla

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin bu sərəncamı məni sevindirdi - Kamal Abdulla

Cənab Prezidentin məni xalq yazıçısı fəxri adına layiq görməsi özüm üçün də gözlənilməz oldu.

Bu sözləri akademik Kamal Abdulla Prezident İlham Əliyevin sərəncamı ilə xalq yazıçısı fəxri adına layiq görülməsi haqda Kult.az-a danışarkən deyib.

O, Prezidentin bu sərəncamını böyük sevinclə qarşıladığını bildirib:

“Başda cənab Prezident olmaqla, Azərbaycan Yazıçılar Birliyinə, eyni zamanda, məni sevənlərə, dəstək olanlara təşəkkür edirəm. Bu sərəncam məni çox sevindirdi. Çalışacağam ki, mənə olan bu etimadı, bu adı doğruldum”.

Vahid Əziz də xalq şairi fəxri adına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşüb:

“Mənə bu fəxri adı verdiyinə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya son dərəcə minnətdaram. Məni dəstəkləyənlərə, bütövlükdə Azərbaycan xalqına təşəkkür edirəm. Görünür, xalqın içində də bu hörməti qazana bilmişəm. Çox sevinirəm ki, mənə, Musa Yaquba, Ramiz Rövşənə xalq şairi fəxri adının verilməsinə heç kəs narazılıq etmədi”.

Sərəncamla xalq şairi adına layiq görülən Ramiz Rövşən də bunun yazıçılara, şairlərə, ümumilikdə söz adamlarına olan diqqətdən irəli gəldiyini deyib. Bu barədə Aznyus.az-a danışan şair saysız-hesabsız təbriklər aldığını bildirib:

“Bütün fəxri ad alan həmkarlarım bu ada layiqdir. Mən sərəncamdakı siyahını diqqətlə oxudum. Çox ədalətli bir sərəncamdır. Doğrudan da peşə və istedad əsas götürülüb. Saysız-hesabsız təbriklər almışam. Təbriklər hələ də davam edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev mədəniyyət xadimlərinin təltif edilməsi haqda sərəncam imzalayıb. Sərəncama əsasən, Kamal Abdulla xalq yazıçısı, Ramiz Rövşən isə xalq şairi fəxri adına layiq görülüb.

Tarix
2019.05.27 / 17:47
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla