Yuxarı

Şeyxin yubileyi ilə bağlı yazı müsabiqəsi olacaq

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyxin yubileyi ilə bağlı yazı müsabiqəsi olacaq

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Fonddan Kult.az-a bildiriblər ki, müsabiqəyə “Azərbaycanda şeyxülislamlığın tarixi inkişaf mərhələləri”, “Şeyxülislamlıq institutunun milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolu”, “Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri”, “Dünyada sülhün, mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsi istiqamətində Şeyxülsilam Allahşükür Paşazadənin fəaliyyəti” mövzularında yazılar qəbul olunur.

Müsabiqədə I yer üçün 1 nəfər - 800 manat, II yer üçün 2 nəfər - 600 manat, III yer üçün 3 nəfər - 500 manat mükafat təqdim olunacaq. Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 150 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub. Müsabiqəyə 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Tarix
2019.06.12 / 15:38
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla