Yuxarı

Cem Yılmazın Bakıda 700 manatlıq konsertinə reaksiyalar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyor və stəndapçısı Cem Yılmazın noyabrda Bakıda keçirilməsi planlaşdırılan stəndap şousunun biletinin 700 manata satışa çıxarılmasına baxmayaraq, tələbatın çox olması sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib. Bəzi incəsənət nümayəndələri qiymətlərin münasib olmasına baxmayaraq, yerli stəndapçı və komediya ustalarının konsertinin bu qədər anşlaq olmamasından narazı olduqlarını bildiriblər.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən “Bu şəhərdə” komandasının ssenaristi Müşfiq Abbasov bildirib ki, Cem Yılmazın konsert biletlərinin baha qiymətə satışa çıxarılmasının səbəbi konsert günlərinin sayının az olması ilə bağlıdır:

“Cem Yılmaz “Bu şəhərdə”nin konsertlərinin sayı qədər konsert verməyib. Əgər biz də ildə bir, ya iki gün konsert versək, qiymətini də 70 manatdan 700 manata qədər təyin etsək, zal tam dolar. Lakin məqsədimiz odur ki, konsertlərimizdə tamaşaçı sayı çox olsun və bizi çox insan izləsin. Bu səbəbdən il ərzində 10-dan çox konsert veririk və biletləri münasib qiymətə - 10 manatdan 100 manata kimi satışa çıxarırıq. Cem Yılmaz isə ildə bir, ya iki gün konsert verir. O biletlərin də bir hissəsini təşkilatçılar dəvətnamə kimi paylayır. Biletin baha olmasının səbəbi də Cem Yılmazın qonorarının çox olması və təşkilatçının əsas qazanc mənbəyinin olmamasıdır. Bu gün baha olmasına baxmayaraq, həmin qiymətə biletlər satılır. Tələbat çox olduğu üçün bəlkə hələ təşkilatçılar yenə onun konsertini təşkil etdilər”.

M.Abbasov yerli stəndapçıların konsert biletlərinin qiymətinin aşağı olmasına baxmayaraq, tələbatın az olmasına da münasibət bildirib:

“Azərbaycanda kim istəsə, konsert verər. Bu sahədə hansısa bir maneələr yoxdur. Bizim stəndapçılarla Cem Yılmazı müqayisə etmək doğru olmaz. Düzdür, Cem Yılmaz səhnədə daha çox söyüşlərdən və +18 sözlərdən istifadə edir. Mən bunun tərəfdarı deyiləm. Sadəcə olaraq, o insan öz üzərində işlədiyi üçün peşəkarlaşıb və insanları əyləndirməyi bacarır. Azərbaycanda isə stəndap son 2-3 ildə məşhurlaşmağa başlayıb. Lakin hələ 20 il də lazımdır ki, bizimkilər Cem Yılmaz səviyyəsinə çatsın. Əslində, hansısa aktyorun, stəndapçının peşəkarlaşması üçün dəstək lazım deyil. Onlar özləri öz üzərlərində çalışmalıdır. Bizdə də artıq yavaş-yavaş stəndap şou inkişaf edir. İstedadlı gənclərimiz var. Bundan başqa, Cem Yılmazın auditoriyası ilə müqayisədə bizim ölkədəki sənətçilərin auditoriyası balacadır. Auditoriyanın böyüklüyü də önəmli faktordur”.

Komediya aktyoru, stəndapçı Elməddin Cəfərov isə Cem Yılmazın konsert biletinin baha olduğunu bildirib:

“Fərda Xudaverdiyev də dekabrda konsert verəcək. Niyə ona dəstək olan yoxdur?! Onun konsert biletinin satış qiyməti çox yox, elə 50 manata olsa və insanlar bilet alıb, konsertə getsə, bu, çox böyük dəstək olar.

Həmçinin, karyerasına yeni başlayan gənclərə sponsorluq edib inkişafı üçün şərait yaradılsa, konsertləri təşkil olunsa, Azərbaycanda yeni cemyılmazlar yetişər. Yerli aktyorlara, stəndapçılara dəstək olub, onları daha irəliyə aparmaq mümkündür. Ancaq təəssüf ki, biz hələ də özümüzə dəstək olmağı öyrənə bilməmişik. Düzdür, Cem Yılmaz illərin sənətkarıdır, adamın komediya sahəsində böyük təcrübəsi var, amma hər bir halda biletlərə qoyulan qiymətlər çox yüksəkdir. Bəlkə də C.Yılmazın gəlişi stəndapın ölkəmizdə inkişafını artıracaq. Mən hələ dəqiq qərar verməmişəm, Cem Yılmazın konsertinə gedim, ya yox. Çünki düşünürəm ki, 700 manatı biletə verim, ya evə bazarlıq edim. Arxa sırada biletlərin qiyməti nisbətən ucuz olsa da, orda da otursam, gözüm zəif gördüyü üçün Cem Yılmazı yaxşı görə bilməyəcəm”.

Tanınmış aktyor, stəndapçı Fərda Xudaverdiyev təşkilatçıların xarici aktyorlara verdiyi dəstəyin yerli aktyorlara göstərilməməsindən şikayət edib:

“Sözsüz ki, Cem Yılmaz o qiymətə layiqdir. Onunla neçə illərdi danışıqlar gedirdi, amma qiymətdə razılığa gələ bilmirdilər. O, ABŞ-da belə stəndap şousu edib. Əslində onun gəlişi inanıram ki, xalqımızın stəndapa qarşı həvəsini artıracaq. Amma çox təəssüf ki, özümüzdə olan stəndapçılara dəstək yoxdur. Təşkilatçılar bizə, gənclərə dəstək olsa, belə konsertlər təşkil etsə, əlbəttə, Azərbaycanda da bu sahədə inkişaf olar. Yəni Cem Yılmazı o qiymətə dəvət edib, “bizim özümüzdə belə stəndapçı, komediya aktyoru yoxdur” kimi düşüncə formalaşdırmaq doğru deyil. Çünki bizdə çox peşəkar komediya aktyorları var. Hələ keçmişdə nə qədər gülüş ustaları var idi. Yəni oturub ancaq Cem Yılmazın yolunu gözləməməliyik ki, bizi o güldürsün. Bütün hallarda düşünürəm ki, bu konsert maraqlı keçəcək. Çünki Cem Yılmaz çox maraqlı və peşəkar insandır”.

Qeyd edək ki, Türkiyənin məşhur stəndapçısı Cem Yılmazın paytaxtımızda 16-17 noyabrda keçirilməsi planlaşdırılan konsertinin qiyməti 70 manatdan 700 manata kimi dəyişir.

Tarix
2019.10.11 / 16:05
Müəllif
Mahir, Nərmin
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla