Yuxarı

“Ağ adam” Bakıda əməliyyat olunacaq

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ağ adam” Bakıda əməliyyat olunacaq

Tanınmış şair və ziyalı, Givi ləqəbi ilə tanınan Giya Paçxataşvili ürəyindən əməliyyat olunacaq.

Kult.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat paylaşıb. O, şairin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunacağını deyib.

“Xahişimizi nəzərə alaraq, Givi bəyə böyük diqqət və həssaslıqla yanaşan, onun müayinə və müalicəsinin yüksək səviyyədə həyata keçirilməsini təmin edən, əməliyyatla bağlı bütün məsələlərin həll olunacağını deyən mərkəzin rəhbəri Rauf həkim başda olmaqla, xəstəxananın bütün kollektivinə təşəkkür edirik. İnanırıq ki, dəyərli ziyalımız Givi bəy qısa zamanda sağlamlığına tam qovuşub, əzizlərini və dostlarını sevindirəcək, yenidən yaradıcılıq işlərinə davam edəcək. Allah onun və dəyərli xanımı Xatirə xanımın hər zaman yardımçısı olsun”, - millət vəkili bildirib.

Qeyd edək ki, Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunda anadan olub. O, 1999-cu ildən Rusiya Yazıçılar Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən isə Gürcüstan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən “Ağ adam” sənədli filmi çəkilib.

G.Paçxataşvili 21-i tərcümə olmaqla, 26 kitabın, şeir və publisistik məqalələrin müəllifidir.

Tarix
2019.12.13 / 15:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla