Yuxarı

2019-da bu məşhurları itirdik – Siyahı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
2019-da bu məşhurları itirdik – Siyahı

2019-cu il bir sıra yeniliklərlə yanaşı, həm də bəzi tanınmışların ölümü ilə də yadda qaldı.

Kult.az bu il cəmiyyət arasında uzun müddət müzakirə edilən itkilərin siyahısını təqdim edir:

Martın 23-də serrozdan əziyyət çəkən tanınmış meyxanaçı Aydın Xırdalanlı vəfat etdi.

Bu ilin 9 mayında isə görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenli Arif Məlikov 86 yaşında dünyadan köçdü.

İyunun 24-də Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 95 yaşında dünyasını dəyişdi.

Gənc yazıçı Mahmud Atakişiyev (İkinci Mahmud) iyulun 6-da 33 yaşında gözlənilmədən ürək tutmasından vəfat etdi.

Sözsüz ki, 2019-cu ilin aylarla müzakirə oluan itkilərindən biri də iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad oldu. Onun nəşi 27 günlük axtarışlardan sonra tapıldı.

Sentyabrın 24-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini, dosent Vurğun Əyyub vəfat etdi.

Oktyabrın 13-də Azərbaycanın əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Vasim Məmmədəliyev dünyasını dəyişdi.

İlin ən çox müzakirə edilən sonuncu itkisi isə Milli Məclisin V çağırış deputatı Yevda Abramov oldu. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Quba yəhudisi olan Yevda Abramov dekabrın 6-da müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasında 71 yaşında dünyasını dəyişdi.

Tarix
2019.12.19 / 11:17
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla