Murad Dadaşov oğluna toy edir
20:52
| Ana səhifə Hadisə |
|
Ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.
Axar.az Report-a istinadla xəbər verir ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kəndi ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.
|
Tarix
2020.01.06 / 22:19
|
Müəllif
Axar.az
|