Yuxarı

DYP-dən dəhşətli qəza ilə bağlı - Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən dəhşətli qəza ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) Muğanlı-İsmayıllı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Axar.az-ın xəbərinə görə, açıqlamada deyilir ki, 26 yanvarda saat 10:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində Şəki rayon sakini 1976-cı il təvəllüdlü Quliyev İlham Seyfəddin oğlu idarə etdiyi “VAZ-2106” markalı, 55-BU-249 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən gələn Gürcüstan Respublikasının vətəndaşı Ramazanov Ramil Rəşid oğlunun idarə etdiyi “Mercedes-Benz 0403” markalı, KN-585-AN dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və onun sərnişini 1985-ci il təvəllüdlü Quliyeva İlahə Əbülfət qızı hadisə yerində həlak olublar, digər 2 sərnişini, 2012-ci təvəllüdlü Quliyeva Aysu İlham qızı, 2010-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, eləcə də avtobusun sərnişinləri, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Acalova Xatirə Rafiq qızı, 1959-cu il təvəllüdlü Ramazanova Suvar Şahbaz qızı və 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da onlardan 8 yaşlı A.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2020.01.26 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla