Yuxarı

Narkotik maddəni balonlarda saxlayan şəxs ələ keçdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik maddəni balonlarda saxlayan şəxs ələ keçdi - Foto

Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Report xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinə rayonun Köhünlü kənd sakini 1960-cı il təvəllüdlü, Mikayılov Sadıq Kamal oğlunun qanunsuz olaraq narkotik vasitəni yaşadığı evdə və evin həyətyanı sahəsində saxlaması, eləcə də qanunsuz olaraq narkotik vasitəni satması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.

Mikayılov Sadıqin evinin həyətyanı torpaq sahəsində aparılan axtarış zamanı bir ədəd “İJ” markalı ov tüfəngi, torpağa basdırılan 14 ədəd 2-3 litrlik şüşə balonların içərisində və əlavə olaraq 131 ədəd kibrit qutularına qablaşdırılımış halda ümumi çəkisi 5 kq 580 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb və maddi sübut qismində istintaqa təqdim edilib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, hal-hazırda istintaq davam etdirilir.

Tarix
2020.02.16 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla