Yuxarı

“Borçalının sultanı” vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Borçalının sultanı” vəfat etdi

11:11

Gürcüstan Aşıqlar Birliyinin sədri, şair-publisist Dərviş Osman Əhmədoğlu vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə şair Əkbər Qoşalı qeyd edib.

O bildirib ki, D.Osman bu gün səhər saatlarında dünyasını dəyişib.

“Zəlimxan Yaqub ona “Borçalının sultanı” deyə müraciət edərdi”, - Ə.Qoşalı bildirib.

Qeyd edək ki, Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində isə orta məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, hələ orta məktəbdə oxuduğu illərdə şeir yazıb. Tələbəlik illərində mətbuatda publisistik məqalələrlə çıxış edib. O.Əhmədoğlunun “Borçalıda ocaq yanır” adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıda “Yazıçı” nəşriyyatında işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Bədii yaradıcılıqla bərabər, dövrü mətbuatda publisistik məqalələrlə çıxış edib.

Şair-publisist vaxtilə Gürcüstanda nəşr olunan “Yeni Yol” qəzetində redaktor müavini vəzifəsində çalışıb. Bir müddət sonra o, “Dədə Qorqud” adlı dərgiyə rəhbərlik edib. Dərviş Osman “Meydan” dərgisinin idarə heyətinin fəal üzvlərindən biri olub. Şeirlər kitablarından əlavə Azərbaycan folkloruna həsr olunan iki kitabı çap olunub. O.Əhmədoğlu Gürcüstanda aşıq yaradıcılığının yaşadılmasında və inkişafında böyük xidmətlər göstərib. Onun təşkilatçılığı ilə əslən Gürcüstandan olan azərbaycanlı ziyalıların xatirəsinə həsr olunan bir sıra tədbirlər keçirilib.

Tanrı ruhunu şad etsin!

Tarix
2020.03.18 / 14:25
Müəllif
Aqşin
Digər xəbərlər

Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla