Yuxarı

Bakıda jurnalist koronavirusdan sağaldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda jurnalist koronavirusdan sağaldı

Koronavirusa yoluxmuş idman jurnalisti Anar Cəfərsoy şəfa tapıb.

Axar.az xəbər verir ki, Supersport.az portalının təsisçisi və baş redaktoru iki həftədir koronavirusdan müalicə olunurdu.

Anar Cəfərsoy açıqlamasında deyib:

"Əminliklə deyə bilərəm ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peşəkar həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Gecə səhərə kimi bu fədakar insanlar, yaşından asılı olmayaraq, hamının sağalması üçün yüksək səviyyədə çalışırlar. Belə qəhrəmanlar həyatlarını təhlükəyə atmaq bahasına olsa belə, insanları xilas etmək üçün bütün əmək sərf edirlər, hamıya sevgi, hörmət, nəvazişlə davranırlar. Təmizlik-gigiyenik işlərlə yanaşı, qidayla təminata da xüsusi diqqət yetirilir”.

Baş redaktor bildirib ki, immun sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir:

"Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə davam etdirəm”.

Xatırladaq ki, idman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

Tarix
2020.06.03 / 01:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla