Yuxarı

Nadir Adilmanın bu kitabı bestseller oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nadir Adilmanın bu kitabı bestseller oldu

Nadir Adilmanın “Biznesdə korporativ sosial məsuliyyət (KSM)” adlı yeni kitabının 4-cü nəşri çapdan çıxıb.

Kult.az xəbər verir ki, kitab Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 04/C-11011-20 nömrəsi ilə 13.02.2020-ci il tarixində qeydiyyata alınıb və 11473 №-li qeydiyyat şəhadətnaməsi müəllifə təqdim edilib.

Kitab təcrübəli biznesmenlər, davamlı inkişafını qarşısına məqsəd qoyan, markasına önəm verən sahibkarlar və eyni zamanda, gələcəkdə biznesmen olmaq istəyənlər üçün sadə və oxunaqlı üslubda yazılıb.

Biznesə yanaşmada formalaşan ictimai rəydə şirkətlərin mənfəət və xərclərinə münasibətinin birmənalı olmadığını bildirən yazar qeyd edir ki, müasir dünyada öz markasına önəm verən şirkətləri Korporativ Sosial Məsuliyyət davranışı olmadan təsəvvür etmək mümkün deyil.

“Biznesdə KSM nədir”, “Biznesdə KSM kimin üçündür”, “Biznesdə KSM nə üçündür” suallarına həm də praktiki misallarla aydınlıq gətirən Nadir Adilman dövlət şirkətlərindən “Azerqold” QSC-nin təcrübəsinə müxtəlif rakurslardan baxaraq, biznes sektoru üçün nümunələr təqdim edir.

Kitabın bundan öncəki 3 nəşri ilə tanış olan opponentlərin, biznes sektorunun təmsilçilərinin qeyd etdiyinə görə, müəllif kitabı çox sadə və oxunaqlı üslubda oxuculara təqdim edir. Kitabın dili elmi və mürəkkəb ifadələrdən uzaqdır.

Kitabda eyni zamanda, daxili və xarici KSM-in PR-da rolu, KSM üzrə fəaliyyət prinsipləri, KSM üzrə fəaliyyət sahələri, KSM hədəf qruplarına toxunan müəllif ölkəmizin bzines sektorunun reallığı ilə də müqayisələr aparıb.

Kitabın rəyçiləri Əqli Mülkiyyət Agentliyinin sədr müavini Sənan Tapdıqov, SOCAR-ın Baş ofisinin İnsan resursları depratamentinin rəisi Asif Bəkirli və ADNSU-nun müəllimi, Logistika və Təchizat Mərkəzinin rəhbəri Ruslan İmamquliyevdir

Qeyd edək ki, Nadir Adilman “Gəncsən? Başla!”, “Məqsədlisən?!“, “O gələcək!”, “Könüllünün öz/əl kitabı” və bir çox bestseller siyahısına düşmüş və kütləvi tirajla nəşr edilən əsərlərin müəllifidir. Onun əsərləri təkcə ən çox satılanalar arasında deyil, həm də müəllifin KSM öhdəlikləri sırasında ən çox hədiyyə edilən kitablar sırasındadır.

Tarix
2020.06.14 / 13:32
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla