Yuxarı

Korona xəstəsinin reanimasiya görüntüsü: Bəhrama aiddir? – Video/16+

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona xəstəsinin reanimasiya görüntüsü: Bəhrama aiddir? – Video/16+

Sevilən aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirus epidemiyasına yoluxması nəticəsində səhhətinin təhlükəli vəziyyətə düşməsi cəmiyyətdə böyük narahatlıqla izlənilir.

Kult.az xəbər verir ki, B.Bağırzadə həm çox istedadlı aktyor, həm də əsl vətəndaş və ziyalı mövqeyi olan şəxs kimi çoxlarının böyük sevgisini qazanıb. Bu baxımdan onun səhhəti ilə bağlı ictimai narahatlıq təbii haldır.

Ötən gün B.Bağırzadəyə aid olduğu iddia edilən və reanimasiyada çəkilmiş video paylaşılıb. Əlavə edək ki, artıq Gömrük Hospitalı görüntülərin bu xəstəxanada çəkilmədiyi haqda rəsmi açıqlama yayıb. Ümumiyyətlə, görüntülərin B.Bağırzadəyə aid olduğu təkzib edilib və görüntülərdəki şəxsin "Yeni klinika"da müalicə alan 1984-cü il təvəllüdlü pasiyent olduğu bildirilib.

Buna baxmayaraq, uzun müzakirələrdən sonra qərara aldıq ki, bu videonun ictimaiyyətə təqdimatına ehtiyac var. Bu videonun hələ də koronavirusun dəhşətli fəsadına inanmayan və öz inamsızlıqları ilə yaxınlarını, doğmalarını təhlükəyə atan insanlarımızın məsuliyyətini artıracağını düşünürük.

Bu görüntülər koronavirusun dəhşətli olduğunu təsəvvür etmək üçün insanlarımıza maarifləndirici təsir göstərə, onların özlərini və doğmalarını qoruması üçün TƏBİB-in tövsiyələrinə daha ciddi əməl etməyə sövq edə bilər.

P.S. Sevimli aktyorumuz Bəhram Bağırzadəyə Allahdan şəfa diləyirik.

Tarix
2020.06.16 / 12:45
Müəllif
Kult.az
Digər xəbərlər

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla