Yuxarı

Qazaxıstanda Qarabağla bağlı film çəkildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda Qarabağla bağlı film çəkildi

“Qarabağ – geri dönən xoşbəxtliyim” filmi Qazaxıstanda Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir.

Kult.az xəbər verir ki, ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Qarabağın azadlığının rəmzi olan “Xarı- bülbül” haqda ətraflı məlumat verilib.

Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.

Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunmuşdu.

Filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.

Tarix
2021.01.10 / 13:08
Müəllif
Kult.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla