Yuxarı

Hacı Şahin Əlixanın qalmaqallı filmindən danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, son günlər "Sonuncu şam yeməyi" filmi geniş müzakirələrə səbəb oldu. Bir qrup inanclı insan hesab edir ki, filmdə xalqımızın inancları gülüş obyektinə çevirlib. Digərləri isə satiranın bir qədər aşırı formasının seçildiyi qənaətindədir. Narazılıqlar da əsasən bundan doğub.

Kult.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli qeyd edib.

"Dünən filmin yaradıcıları ilə görüşdük, fikir mübadiləsi apardıq. Düşünürəm ki, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır. Bu baxımdan Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır. Təbii ki, hər kəs öz sahəsinə uyğun bir üslub seçir: kimi elmi, kimi nəsihəti, kimi də yaradıcılığı ilə... Bu işdə, düşünürəm, cəmiyyətimizin bütün nümayəndələri bir-birinə dəstək verməlidirlər", - o deyib.

Hacı Şahin Həsənli bildirib ki, insanların mənəvi mövzularda diqqətli və həssas olması təbii və başadüşüləndir:

"Həmsöhbətlərim qeyd etdilər ki, tamaşaçı qədər onlar da bu məsələlərə həssas və məsuliyyətli yanaşırlar. Söhbət zamanı onlar kiminsə inancına toxunmağı ağıllarından belə keçirmədiklərini xüsusi vurğuladılar. Onlar əslində inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəflədiklərini bildirdilər. Mən də müzakirə mövzusu olan məsələlərlə bağlı şəxsi fikir və iradlarımı bildirdim, fikirlərim hörmətlə dinlənildi. Ən mühüm olan budur ki, cəmiyyətimizdə sağlam dialoq mədəniyyəti formalaşmalıdır".

İlahiyyatçının sözlərinə görə, istənilən məsələnin müzakirəsi zamanı əsəbi, aqressiv münasibət yolverilməzdir. Razılaşmadığın insanı linç etmək, şəxsiyyətini hədəfə almaq heç bir məsələnin düzgün həll yolu deyil:

"Allahın izni ilə gələcəkdə daha böyük uğurlara imza atacaq, bu kimi anlaşılmazlıqları önləməyə çalışacaqlar. Çox istərdim ki, elmi və bədii yeniliklər məhz elm və sənət baxımından da müzakirə olunsun. Sağlam tənqid yalnız inkişafa səbəb ola bilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti müharibədə olduğu kimi bütün sahələrdə fədakar, mənəviyyatlı və istedadlıdır. Allahdan bütün gənclərimizə uğur arzu edirəm!"

Qeyd edək ki, "Sonuncu şam yeməyi" filmində yer alan yas mərasimi səhnəsində meyxana deyilməsi sosial şəbəkələrdə tənqid olunmuşdu.

Tarix
2022.01.16 / 16:31
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla