Yuxarı

Goranboyda sel nə qədər evə ziyan vurub?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də yağan güclü yağış nəticəsində sel suları Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində məcburi köçkünlər üçün salınmış 306 fərdi evdən ibarət qəsəbəyə ziyan vurub.

Bu barədə Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

"İlkin məlumata görə, sel qəsəbənin daxili yol və küçələrini basıb, 12 fərdi evin zirzəmisinə su dolub. Məcburi köçkün ailələrin yardımçı təsərrüfatlarına da ziyan dəyib: ev quşları arasında tələfat var, həyətyanı sahələrdə bəzi ağaclar və əkinlər məhv olub.

Qaçqınların və Məcbrui Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakıdan ezam olunmuş müvafiq strukturlarının əməkdaşları təbii fəlakət baş vermiş ərazidədir. Dövlət Komitəsinin Mənzil-Kommunal İstismar Departamentinin Goranboy mənzil-istismar sahəsinin (MİS) işçi qüvvəsi və texniki vasitələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib.

MİS-in rəisi Seymur Çobanov bildirib ki, hazırda qəsəbədə sel sularının törətdiyi fəsadlar aradan qaldırılır, zərər görmüş evlərin zirzəmiləri sudan təmizlənir, məcburi köçkün ailələrə dəyən zərər dəqiqləşdirilir", - məlumatda qeyd edilib.

Tarix
2022.06.23 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla