Yuxarı

Elxan Qasımov dəfn olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elxan Qasımov dəfn olundu

09:48

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımovla evində və "Azərbaycanfilm" kinostudiyasının həyətində vida mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərhumun evində keçirilən mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda E.Qasımovun cənazəsi dəfn olunması üçün Xırdalan qəbiristanlığına aparılır.

***

Əməkdar artist Elxan Qasımov dəfn olunub.

Mərhum Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Tarix
2023.05.30 / 12:09
Müəllif
Kult.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla