Yuxarı

Rafiq Savalan vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafiq Savalan vəfat etdi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) proqram baş redaksiyasının sabiq baş redaktoru Rafiq Savalan 83 yaşında vəfat edib.

Bu barədə Axar.az-a AzTV-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Rafiq İmanqulu oğlu Ağayev 1940-cı il dekabrın 1-də Bakı şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir, kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb. Həmçinin “Səhər” proqramının baş redaktor müavini vəzifəsində işləyib.

Rafiq Savalan həm də ədəbi fəaliyyətlə məşğul olub. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib. Rafiq Savalan 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1976-cı ildən Jurnalistlər Birliyinin üzvü və Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı olub.

Allah rəhmət eləsin!

Tarix
2023.10.29 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla