Yuxarı

Füzulidə ANAMA əməkdaşının avtomobili kanala düşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulidə ANAMA əməkdaşının avtomobili kanala düşdü

Füzulidə idarəetməni itirən ANAMA əməkdaşı avtomobildə olan nişanlısı ilə birlikdə kanala düşüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Balaşov Famil Adil oğlu idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala yuvarlanıb.

Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı 2004-cü il təvəllüdlü Aysel Əhəd qızı Səfərova müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.

Avtomobildə xəsarət alanlar xilasedicilər və hadisə yerinə gələn yoldan keçən sakinlər köməyi ilə sudan çıxarılıb.

Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.07.10 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla