Yuxarı

Professor Mirzə Qurbanov vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professor Mirzə Qurbanov vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.

Axar.az xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini müvəffəqiyyətlə bitirib.

O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.

2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb. Mirzə Qurbanov elmi fəaliyyətinə görə beynəlxalq aləmdə tanınıb və Nobel mükafatına dəvət olunub.

Tarix
2025.07.10 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla