Yuxarı

Tanınmış vəkil vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış vəkil vəfat etdi

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə 75 yaşında vəfat edib.

Axar.az "525-ci qəzet"ə istinadən xəbər verir ki, Əli Heydər oğlu Nəsirli 1950-ci il yanvarın 18-də Ağcabədi rayonunda, əslən Şuşadan olan Nəsirli Heydər Məşədi Hüseyn oğlunun ailəsində dünyaya gəlmişdi. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən Ə.Nəsirli 1979-cu ildən Özbəkistan Respublikasında yaşayırdı. O, Özbəkistan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Ə.Nəsirli daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra vəkil kimi fəaliyyət göstərirdi. Özbəkistan Vəkillər Kollegiyasının üzvü idi, Azərbaycan Vəkillər Kollegiyası tərəfindən "Fəxri Vəkil" adı ilə təltif edilmişdi.

Əli Nəsirli həm də bədii yaradıcılıqla məşğul idi. Özbəkistan Yazıçılar Birliyinin üzvü olan soydaşımızın özbək və Azərbaycan dillərində müxtəlif şeirlər kitabları nəşr olunmuşdu.

Özbəkistan-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə 2012-ci ildə Özbəkistan Respublikasının, 2022-ci ildə isə Azərbaycan Respublikasının "Dostluq" ordenləri ilə təltif edilmişdi.

Tarix
2025.07.11 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla