Yuxarı

"Zirə"nin dənizdə batan futbolçusunun meyiti tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zirə"nin dənizdə batan futbolçusunun meyiti tapıldı

2025.07.17, 23:38

Böyük kədərlə bildirmək istəyirik ki, akademiyamızın üzvü Fərid Şahverdiyev vaxtsız olaraq aramızdan ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə “Zirə” futbol klubunun mətbuat xidmətindən məlumat yayılıb.

“U-16 komandamızın futbolçusu bu gün çimərlikdə boğularaq vəfat edib. “Zirə” PFK mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbir diləyir!, - başsağlığında qeyd olunub.

***

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, nəzarətsiz ərazidə) batan bir nəfərin (uşaq) axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, tapılan meyit "Zirə" futbol akademiyasının üzvü Fərid Şahverdiyevə məxsusdur.

Qeyd edək ki, o, U-16 komandasının üzvü olub.

Tarix
2025.07.18 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla